Mingəçevirdə veloyürüş təşkil olunub

Mingəçevirdə veloyürüş təşkil olunub

3 iyun – Ümumdünya Velosiped Günü münasibətilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd əhali arasında sağlam həyat tərzinin təbliği, velosipeddən ekoloji təmiz nəqliyyat vasitəsi kimi istifadənin təşviqi, fiziki fəallığın artırılması, idmana marağın gücləndirilməsi, həmçinin Dünya Velosiped Gününün əhəmiyyətinin ictimaiyyətə çatdırılması olub.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026