Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə 251 saylı tam orta məktəbdə Nizami rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-dan artıq oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.
Oğlanların yarışında 272 saylı tam orta məktəbin şagirdi Həsən Cəlilov birinci yeri tutub. 242 saylı tam orta məktəbin təmsilçisi Fərid Həsənzadə ikinci, 252 saylı tam orta məktəbin şagirdi Sərxan Məmmədov isə üçüncü olub.
Qızların mübarizəsində 220 saylı tam orta məktəbin şagirdi Aydan İsmayılzadə qalib gəlib. 251 saylı tam orta məktəbin təmsilçisi Sara Əsgərli ikinci, 272 saylı tam orta məktəbin şagirdi Fatimə Qəniyeva isə üçüncü yeri tutub.
Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılması məqsədi daşıyıb.