10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.
Yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb – fotofinişə əsasən, yığma komanda üzvlərimizdən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci olub.
1-ci mərhələdə finiş xəttini 4-cü keçən Musa 2 yarış gününün yekununa əsasən, ümumi təsnifatda 4-cü nəticə göstərib və bununla da ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.