“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının 3-cü mərhələsinin qalibi, Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının üzvü Qleb Siritsa mətbuat konfransında bunları deyib: “Başlıca məqsədimiz lider köynəyini qoruyub saxlamaq idi və buna da nail olduq.
Həmçinin, məqsədlərimizdən digəri bu mərhələni minimum enerji sərfiyyatı ilə başa vurmaq idi, çünki qarşıda bizi çox çətin 2 mərhələ gözləyir. Əgər komandamız hər gün maksimum gücü ilə mübarizə aparsa, gücümüz tez tükənər”.