“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının 2-ci mərhələsndən sonra təşkil olunan mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib ki, yarışa maraq yüksək səviyyədədir.
O, yarışın cəlbedicilik baxımından maraqlı olduğunu vurğulayıb: “Çox şadıq ki, Olimpiya çempionu Aleksandr Vinokurov bizim qonağımızdır. Onun komandasının üzvü bu gün qalib oldu. Turnirə maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik”.