U17 yığma komandamızın İsmayıllıda təlim-məşq toplanışı başlayıb

U17 yığma komandamızın İsmayıllıda təlim-məşq toplanışı başlayıb

Azərbaycanın 17 yaşadək oğlan və qızlardan ibarət şose velosipedi üzrə yığma komandalarının İsmayıllıda təlim-məşq toplanışına start verilib.

15–30 iyul tarixlərini əhatə edəcək hazırlıq prosesi məşqçi Elgün Əlizadənin rəhbərliyi ilə keçirilir. Toplanışın əsas məqsədi gənc velosipedçilərin fiziki və texniki hazırlıq səviyyəsinin yüksəldilməsi, komanda işinin təkmilləşdirilməsi və qarşıdakı yarışlara hazırlığın gücləndirilməsidir.

Dağlıq relyefi və əlverişli məşq şəraiti ilə seçilən İsmayıllıda keçirilən toplanış çərçivəsində idmançılar gündəlik məşqlərlə yanaşı, dözümlülük, taktiki hazırlıq və bərpa proseslərini də əhatə edən proqram üzrə çalışacaqlar.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026