Yığma komandamız Avropa çempionatında iştirak edəcək

Yığma komandamız Avropa çempionatında iştirak edəcək

Azərbaycanın şose velosipedi üzrə yığma komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyana şəhərinə yollanıb.

Oktyabrın 2-dən 7-dək davam edəcək yarışda ölkəmiz Elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.

Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, Elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.

Avropanın müxtəlif ölkələrindən ən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026