İker Qomez: “Komanda olaraq əlimizdən gələni etməyə çalışırıq”

İker Qomez: “Komanda olaraq əlimizdən gələni etməyə çalışırıq”

“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının 4-cü mərhələsində ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez özündə saxlayıb.

“bakukhankendi.az“ saytına müsahibəsində o bildirib ki, komanda olaraq bütün mərhələlərdə əllərindən gələni etməyə və ən yaxşı nəticəni qazanmağa çalışırlar.

“İndiyə qədər iştirak etdiyim velosiped yarışlarının çoxu İspaniya və Fransada idi. Bu baxımdan hazırda üzləşdiyim əsas problem evə yaxın olmamağımdır. Bu, fərqli mühitdir. Amma burada mübarizə aparmaq kifayət qədər əyləncəlidir” – deyə, Qomez bildirib.

Share on the indicated platforms:

All rights reserved © 2026