Ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib

Ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatında fərdi ötüşmə yarışları başlayıb. İlk gündə 3 kateqoriyada qaliblər müəyyənləşib.

17 yaşadək qızlar arasında (2010–2011) 10 km məsafəyə mübarizədə Məryəm Hüseynova (ROEQİUGVM) 17 dəqiqə, 23 saniyə nəticə göstərərək Azərbaycan çempionu olub. Gənc oğlanlar (2008–2009) arasında 22,5 km məsafəyə keçirilən yarışın qalibi Rəhim Nağıyev (ROEQİUGVM) olub. O, məsafəni 29 dəqiqə, 49 saniyəyə qət edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin Elit/U23 kateqoriyasında isə 30 km məsafəyə fərdi ötüşmə yarışında Musa Mikayılzadə (AE Cycling School) bütün rəqiblərini qabaqlayıb və 36 dəqiqə, 31 saniyə nəticə ilə ölkə çempionu adına layiq görülüb.
*******
Şose velosipedi üzrə ölkə çempionatı
27.06.2026
Fərdi ötüşmə

U17 qızlar (2010-2011) / 10 km
1. Məryəm Hüseynova (ROEQİUGVM) – 17:23.38
2. Sevinc Sultanzadə (AE Cycling School) – 19:15.57
3. Nigar Yusifzadə (Təhsil) – 19:55.73

Gənc oğlanlar (2008-2009) / 22.5 km
1. Rəhim Nağıyev (ROEQİUGVM) – 29:49.38
2. Murad Nadirov (Təhsil) – 30:25.09
3. Nihad Xudoyev (ROEQİUGVM) – 30:25.13

Elit/U23 kişilər / 30 km
1. Musa Mikayılzadə (AE Cycling School) – 36:31.58
2. Tural İsrafilov (ROEQİUGVM) – 38:23.40
3. Nofəl Nuriyev (AE Cycling School) – 38:53.13

Share on the indicated platforms:

All rights reserved © 2026