Pirallahı rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Pirallahı rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Pirallahı rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.

Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 30-a yaxın oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.

Oğlanların yarışında 243 saylı tam orta məktəbin şagirdləri Rəsul Əkbərov birinci, Yusif Şükürlü üçüncü yeri tutub. 235 saylı tam orta məktəbin təmsilçisi Şıxulla Abdulov ikinci nəticə göstərib.

Qızların mübarizəsində 235 saylı tam orta məktəbin şagirdi Gülay Şəbiyeva qalib gəlib. 186 saylı tam orta təmsilçisi Venera Ağayeva ikinci, 168 saylı tam orta məktəbin şagirdi Elmira Nəsirzadə isə üçüncü olub.

The winning students were awarded medals and diplomas. It should be noted that the tournament marks the first stage of a series of competitions to be held among schoolchildren in Baku. The project aims to promote cycling among schoolchildren, encourage a healthy lifestyle, and identify promising young talents.

Share on the indicated platforms:

All rights reserved © 2026