Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək

Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiq olunmuş idman təqvim planına əsasən, 25-26 iyul tarixlərində ölkəmizin idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunacaq yarışda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları fərdi və qrup ötüşməsində mübarizə aparacaqlar.

2 günlük yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunacaq. Yarışın məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir.

Share on the indicated platforms:

All rights reserved © 2026