Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, Gədəbəy rayonu üzrə Gənclər və İdman sektoru və Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “3 İyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş təşkil olunub.
30-a yaxın idmançı Gədəbəy rayon stadionundan start götürərək Heydər Əliyev Mərkəzinə qədər 2000 metr məsafəni qət ediblər.
Veloyürüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və fəal həyat tərzinin təşviqi olub.