Aleksandr Vinokurov: “Bakı-Xankəndi” yarışı çox yaxşı təşkil olunub”

Aleksandr Vinokurov: “Bakı-Xankəndi” yarışı çox yaxşı təşkil olunub”

London-2012 Yay Olimpiya Oyunlarının şose velosipedi üzrə qalibi, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının fəxri qonağı qazaxıstanlı Aleksandr Vinokurov beynəlxalq yarışın çox yaxşı təşkil olunduğunu bildirib.

O, jurnalistlərə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşüb: “İlk 2 gün ərzində gördüklərimə əsasən ancaq xoş sözlər deyə bilərəm. Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçı marağı kifayət qədər böyükdür, yollar yaxşı vəziyyətdədir və genişdir. Düşünürəm ki, bu yarış daha yüksək kateqoriyaya layiqdir. Buna beynəlxalq federasiya və təşkilatçılar qərar verəcək. Amma gördüyüm budur ki, yarış çox yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Burada iştirak etmək bizim üçün xoşdur. Bu cür yarışlar köhnə ənənələri yaşadır. Ümumilikdə isə hər şey əladır. Velosiped idmanının ölkədə populyarlaşması üçün belə yarışların böyük rolu var”.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026