Coş Börnet: Velosiped sürərək dünyanı gəzmək çox böyük imtiyazdır

Coş Börnet: Velosiped sürərək dünyanı gəzmək çox böyük imtiyazdır

“Gözəl yarış oldu. Təşkilatçılıq yaxşı səviyyədə idi. Mərhələlər boyunca çox fərqli, gözəl, mənzərəli yerlərdən keçdik. Xüsusən də Bakı şəhərinin gözəlliyini qeyd edə bilərəm. Mən ilk dəfədir ki Bakıya gəlirəm. Əvvəllər bir neçə dəfə Formula-1 yarışlarını izləyərkən televizordan görmüşəm”.

Bu sözləri bakukhankendi.az saytına müsahibəsində Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının qalibi, İspaniyanın “Burgos Burpellet PH” pro-kontinental komandasının velosipedçisi Coş Börnet bildirib.

Onun sözlərinə görə, qalibiyyətin sirri əla komanda işindədir: “Bizim çox güclü komandamız var, texniki heyət də bizə çox böyük dəstək oldu. Bizim etməli olduğumuz tək iş yarışa hazırlaşmaq idi”.

“Azərbaycanda insanlar çox mehribandırlar. Yarışın təşkilatçıları, yol kənarında dayananlar, avtoqraf istəyən uşaqlar – hər kəs çox isti münasibət göstərdi. İnsanların yarışa böyük marağını hiss edirik. Ümumiyyətlə, velosiped sürərək dünyanı gəzmək çox böyük bir imtiyazdır”, – deyə Börnet vurğulayıb.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026