Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda 8 dövlət qurumunun nümayəndələri mübarizə aparıb.
İştirakçılar velosiped idmanının fərdi ötüşmə növü üzrə yarışıblar. Kişilər arasında Pərviz Aslanov (AzerGold) ən yaxşı nəticə ilə 1-ci yeri tutub. Cavid Xəlilov (FHN) 2-ci, Rüstəm Rüstəmov (SOCAR) isə 3-cü olub.
Qadınlar arasında 1-ci və 3-cü yerləri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tutblar – Leyla Əliyeva 1-ci, Sevda Verdiyeva isə 3-cü nəticə göstərib. İlkanə Qasımova (XİN) fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb.
Fərqlənən iştirakçılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.