Erik Faqundez: Azərbaycanda insanlar çox mehribandır

Erik Faqundez: Azərbaycanda insanlar çox mehribandır

“Yarış çox yüksək səviyyədə təşkil olunub. Gözəl otellərdə yerləşdirilmişdik. Hər mərhələdən sonra rahat istirahət etməyə və növbəti mərhələyə hazırlaşmağa imkanımız oldu. Yollar çox gözəl, geniş və təmizdir, ən əsası isə təhlükəsizdir. Bu da bizim üçün çox vacibdir”.

Bu sözləri bakukhankendi.az saytına müsahibəsində Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 5-ci mərhələsində finiş xəttini 3-cü keçən İspaniyanın “Burgos Burpellet BH” komandasının üzvü Erik Faqundez deyib.

“Mərhələlər zamanı keçdiyimiz yerlər çox gözəl idi. Komanda olaraq yarışdan çox məmnun qaldıq”, – deyə velosipedçi qeyd edib.

Faqundez həmçinin yarış zamanı üzləşdiyi çətinliklərdən də danışıb: “Yarışın ən çətin hissəsi yoxuşlar idi. Bu gün keçirilən son mərhələ isə ümumiyyətlə mənim üçün ən ağırı oldu”.

Velosipedçi bildirib ki, Azərbaycanda insanlar çox mehribandırlar, onları çox xoş qarşılayıblar: “Mərhələnin başlanğıcında yerli insanlarla danışmaq imkanımız oldu. Onlar yarışı və bu idman növünü çox bəyəndiklərini bildirdilər”.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026