Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində velosiped idman növü üzrə yarışlara start verilib. Bakı Veloparkında keçirilən yarışın ilk günündə oğlanlar dağ velosipedləri ilə 13 kilometr məsafəyə mübarizə aparıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda ilk üç yeri Ağdaş Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təmsilçiləri tutublar. Samir Kərimov məsafəni 28 dəqiqə 53 saniyəyə qət edərək 1-ci olub. Asif İsmayılzadə 29 dəqiqə 46 saniyə nəticə ilə ikinci, Muhəmməd Kərimli isə 29 dəqiqə 49 saniyə göstərici ilə üçüncü yeri tutub.

2-ci yarış günündə iştirakçılar şose velosipedləri ilə mübarizə aparacaqlar. Veloparkda keçiriləcək yarışda oğlanlar 20, qızlar isə 10 km məsafə qət edəcəklər. Bütün kateqoriyalar üzrə mükafatlandırma mərasimi sabah keçiriləcək.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026