Nəsimi rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Nəsimi rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Nəsimi rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.

Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 50-dən artıq oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.

Oğlanların yarışında 211 saylı məktəbi təmsil edən Cahid Əlizadə birinci olub. Azərbaycan Beynəlxalq Maarif Məktəbinin şagirdi Kaan Cenikoğlu ikinci, 111 saylı məktəbin təmsilçisi Hüseyn Abdullayev isə üçüncü yeri tutub.

Qızların mübarizəsində 54 saylı məktəbin şagirdi Nuray Qəribova qalib gəlib. Azərbaycan Beynəlxalq Maarif Məktəbinin təmsilçisi Fatimə Tağızadə ikinci, 111 saylı məktəbin şagirdi Məryəm Xəlilzadə isə üçüncü olub.

Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanına marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və perspektivli yenyetmələri üzə çıxarmaqdır.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026