Özbəkistanda uğurlu start

Özbəkistanda uğurlu start

10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə Elit/U23 yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Fergana” yarışında iştirak edir. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 velosipedçimiz mübarizə aparır.

İlk mərhələdə təmsilçilərimizdən ən yüksək nəticəni Musa Mikayılzadə göstərib – o, 140 km-lik ağır dağ marşrutunun ilk 25 km-dən sonra formalaşan və sonadək davam edən 10 nəfərlik lider qrupunda yer alıb. Mərhələnin yekununa əsasən, qaliblə eyni vaxt göstəricinə (3 saat, 20 dəqiqə, 25 saniyə) imza atan Musa 6-cı yeri tutub.

2-ci mərhələdə velosipedçilər 141 km məsafə qət edəcəklər.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026