Sahib Ələkbərov: “Yollarımız olduqca gözəldir”

Sahib Ələkbərov: “Yollarımız olduqca gözəldir”

Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov 3-cü mərhələdən sonra Mingəçevirdə keçirilən mətbuat konfransında bildirib.

“Yollarımız olduqca gözəldir. Qəbələdən buraya qədər hər şey o qədər yaxşıdır ki, xarici qonaqlar da mənimlə söhbət edərkən təəccüb edirlər ki, Azərbaycanda belə yollar var. Bəxtimizdən hava da əladır. Bütün bunlar yarışın yüksək səviyyədə keçirilməsinə münbit şərait yaradır. Yarışın hər mərhələsi gərgin mübarizə şəraitində keçir” – deyə, Sahib Ələkbərov bildirib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026