Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 6-7-də Respublika Velotrekində temp yarışları üzrə Ölkə Kuboku keçirilib. Yarışda müxtəlif yaş kateqoriyalarında çıxış edən velosipedçilər fərdi və qrup ötüşmələrində mübarizə aparıblar.
İlk yarış günündə 2008-2009-cu il təvəllüdlü velosipedçilərin 1 km məsafəyə fərdi ötüşməsi Rəhim Nağıyevin qələbəsi ilə başa çatıb. Çingiz İsayev və Nihad Xudoyev müvafiq olaraq 2-3-cü yerləri tutublar.
500 metr məsafəyə fərdi ötüşmədə 2012–2014-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında İsmayıl Xankişiyev birinci olub. Məhəmmədəli Ağazadə gümüş, Elcan Yusifzadə isə bürünc medal qazanıb.
2010–2011-ci il təvəllüdlü yeniyetmə oğlanların mübarizəsində qızıl medala Emil Vaxrameyev sahib olub. Nihad Əkbərov ikinci, İlkin Sadıqzadə üçüncü yeri tutub.
Qızların 500 metr məsafəyə fərdi ötüşməsində 2012–2014-cü il təvəllüdlülər arasında Amina Cəfərova qalib gəlib. Suvar İsayeva gümüş, Elenika Vəlizadə bürünc medal əldə edib.
2010–2011-ci il təvəllüdlü yeniyetmə qızlar arasında isə Məryəm Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Marina Akimova ikinci, Nigar Yusifzadə üçüncü olub.
İlk günün proqramına daxil olan çıxmaqla qrup ötüşməsində isə Çingiz İsayev birinci, Nihad Xudoyev ikinci, Rəhim Nağıyev üçüncü yeri tutub.
Yarışın ikinci günündə iştirakçılar 2 kilometr məsafəyə fərdi ötüşmədə qüvvələrini sınayıblar. 2012–2014-cü il təvəllüdlü yeniyetmə oğlanların mübarizəsində İsmayıl Xankişiyev növbəti qələbəsini qazanıb. Elcan Yusifzadə gümüş, Anar Mustafazadə bürünc medala layiq görülüb.
2010–2011-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında Emil Vaxrameyev qalib olub. Əli Zeynalzadə ikinci, Nihad Əkbərov üçüncü yeri tutub.
Yeniyetmə qızların 2012–2014-cü il təvəllüdlülər kateqoriyasında Amina Cəfərova qızıl medal qazanıb. Elenika Vəlizadə gümüş, Suvar İsayeva bürünc medal əldə edib.
2010–2011-ci il təvəllüdlü qızların yarışında isə Məryəm Hüseynova birinci olub. Marina Akimova ikinci, Nigar Yusifzadə üçüncü yeri tutub.
7,5 km məsafəyə skretç növündə Rəhim Nağıyev hamıdan güclü olub. Çingiz İsayev ikinci, Murad Nadirov üçüncü nəticə göstərib. Fərqlənən idmançılar medal və diplomla təltif ediliblər.