Yevgeniy Fyodorov: Ən çətin hissə yoxuşa qalxmaq idi

Yevgeniy Fyodorov: Ən çətin hissə yoxuşa qalxmaq idi

“Bu mərhələdə də yarış kifayət qədər maraqlı alındı”.

Bu sözləri Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının II mərhələsinin qalibi olan Qazaxıstanın “XTS Astana” Dünya Turu komandasının üzvü Yevgeni Fyodorov deyib.

“Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafəni hamıdan tez qət edən idmançı nəticədən məmnun olduğunu bildirib: “Bütün təşkilatçılara təşəkkür edirəm. Bizim komandanın qarşısına qoyulan əsas məqsəd birinci yeri tutmaq idi. Bu mərhələdə ən çətin hissə yoxuşa qalxmaq idi. Növbəti mərhələlərdə məqsədim lider köynəyini qorumaqdır”.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026