Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində velosipedçilər üçün seminar təşkil olunub.
Agentliyin mütəxəssisləri idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat veriblər.
Eyni zamanda həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc velosipedçilər maarifləndirilib, idmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.