Elçin Əsədov Velosiped Məktəbi (AE Cycling School)

AE Cycling School velosiped idmanına maraq göstərən uşaqlar, yeniyetmələr və gənclər üçün velosiped sürmə bacarıqları, texniki biliklər və idman yönümlü təlimlər həyata keçirən ixtisaslaşmış idman məktəbidir. Respublika Velotrekində fəaliyyət göstərən məktəbin əsas məqsədi velosiped idmanının təməl bacarıqlarını öyrətmək və inkişaf etdirmək, yeniyetmə və gənclərdə nizam-intizam, fiziki hazırlıq və idmana maraq formalaşdırmaq, onları peşəkar idman karyerasına hazırlamaqdır.

2023-cü ilin avqustunda fəaliyyətə başlayan məktəbin rəhbəri Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının keçmiş üzvü, dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısı, ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında təmsil etmiş Əməkdar idman ustası Elçin Əsədovdur.

AE Cycling School velosiped idmanı üçün zəruri olan müasir idman avadanlıqları ilə tam təmin olunub və məşqlər peşəkar məşq proqramları əsasında təşkil edilir. Məktəb gənc idmançıların fiziki və texniki inkişafı ilə yanaşı, onların sağlam həyat tərzinə yiyələnməsinə və idman dəyərlərinin formalaşmasına xüsusi önəm verir.

Məşqçi heyəti:
Elçin Əsədov – Əməkdar idman ustası, baş məşqçi

Elgün Əlizadə – İdman ustası, 2014-cü il Avropa birinciliyində 11-ci yer, Azərbaycan çempionu.

Bütün hüquqlar qorunur © 2026