Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru, Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş veloyürüş təşkil edilib.
30-a yaxın velosipedçi Gədəbəy rayon stadionundan start götürməklə Heydər Əliyev Mərkəzinə qədər 2 km məsafə qət ediblər. Veloyürüşdə idmançılarla yanaşı, Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, İdman Ustası Beyrək Bağırov da iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.