“Tour of Fergana”da uğurlu sonluq

“Tour of Fergana”da uğurlu sonluq

10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə Elit/U23 yığma komandamız Özbəkistanda təşkil olunan 2 mərhələli “Tour of Fergana” yarışında çıxışını başa vurub.

Yarışın 141 km-lik 2-ci mərhələsində təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb- o, finiş xəttini 6-cı keçib.

1-ci mərhələdə də 6-cı olan Musa ümumi təsnifatda 5-ci sırada qərarlaşıb və ölkəmizə 15 reytinq xalı qazandırıb. Komanda hesabında isə yığmamız 5-ci olub.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026