Emin Ağalarov “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının iştirakçılarını salamlayır

Emin Ağalarov “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının iştirakçılarını salamlayır

Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının əsas sponsorlarından və dəstəkçilərindən olan “SEA BREEZE RESORT”un təsisçisi Emin Ağalarov ölkəmizə gələcək beynəlxalq yarış iştirakçılarına müraciət ünvanlayıb.

Möhtəşəm beynəlxalq velosiped yarışının Azərbaycana qayıtdığını bildirən Emin Ağalarov, bununla da ölkəmizin idman tarixində yeni bir səhifənin açıldığını deyib. O, bildirib ki, 5 mərhədən ibarət yarışın ilk 2 mərhələsinin startı veriləcək “SEA BREEZE” artıq yarış iştirakçılarını qarşılamağa tam hazırdır.

Emin Ağalarov vurğulayıb ki, yarışın əsas dəstəkçilərindən biri olmaq onlar üçün çox qürurvericidir.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026