24 aprel 2026-cı il tarixində Respublika Velotrekində “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbinin təşkil etdiyi Xətai rayon məktəbliləri arasında velosiped turniri keçirilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda Heydər Əliyev adına liseyin komandası I yerə, 29 nömrəli tam orta məktəbin komandası II yerə, 17 nömrəli məktəbin komandası isə III yerə layiq görülüb.
Turnirin yekununda qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.