BMX

BMX

Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür.

Tarixi

BMX 1970-ci illərin əvvəlində Kaliforniyanın cənubunda dövrünün motokros ulduzlarından ilhamlanan uşaqların torpaqlı cığırlarda velosipedlərini yarışdırmağa başlaması ilə meydana gəlmişdir. BMX yarışı 1970-ci illərin ortalarında qeyri-adi bir hadisə idi. Yeniyetmələr və uşaqlar Kaliforniyada xüsusi cığırlar ətrafında, nahamar yollarda standart yol velosipedləri ilə yarışırdılar. Onlar motokros yarışlarını imitasiya edərək motosikletçı geyimində nahamar yollarda bir biri ilə rəqabət aparırdılar. 1972-ci ildə motosiklet yarışına həsr olunmuş “On Any Sunday” (Hər şənbə günü) sənədli filmiümumilikdə Birləşmiş Ştatlarda milli hərəkatı ruhlandırmaqla əlaqədar idi. Onun açılış səhnəsində nahamar cığırlarda idarə olunan Stinq reyslər sürən uşaqlar təsvir olunmuşdu. Həmin on illiyin ortalarına qədər bu idman çox böyük kütləyə çatdı və istehsalçılar xüsusilə bu idman növü üçün dizayn edilmiş velosipedlər hazırlamağa başladılar. BMX 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilir və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında keçirilir. Bu olimpiya oyunu zamanı BMX kişilər və qadınlar arasın təşkil edilmişdir. BMX üzrə kişilər arasında ilk olimpiya çempionları Latviyadan Maris Ştromberq və qadınlar arasında Fransadan Anna Karolina Şosson olmuşdur. 2011-ci ilin 28 mayında 24 yaşlı BMX idmançısı Ced Mildon BMX velosipedində geriyə 3 qat salto etməklə dünya rekordu vurmuşdur.

Bütün hüquqlar qorunur © 2025