Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançıya və idman mütəxəssislərinə mükafatlar təqdim edib.
Mükafat alanlar sırasında “Tərəqqi” medalı ilə təltif olunmuş Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov da var.
Azərbaycan Velosiped İdmanı Federasiyası adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.