Azərbaycan Velosiped İdmanı Federasiyası 10-14 may 2026-cı il tarixlərində keçiriləcək “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi maskotunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
Federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.
Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər maskotun dizaynını əlaqə məlumatları ilə birlikdə 10.02.2026-cı il tarixinədək press@azvif.az elektron ünvanına göndərə bilərlər. Qalib federasiya tərəfindən qiymətli hədiyyə ilə təltif ediləcək və fəxri qonaq qismində yarışa dəvət olunacaq.