“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib

“Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib. İclasda daha əvvəl təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ayrı-ayrı iş istiqamətləri üzrə məsul şəxslərin hesabatları dinlənilib.

10-14 may tarixlərində təşkil olunacaq yarışda bu günə qədər 19 ölkədən 23 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. Onların arasında 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental və Azərbaycan yığma komandası yer alır. Bildirilib ki, “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışının rəsmi saytının (www.bakukhankendi.az) dizaynı da artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək.

İclasda təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub.

“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında iştirakını təsdiqləmiş komandalar

No Name Country Code Status
UCI – Europe Tour
1 AZERBAIJAN NATIONAL TEAM AZERBAIJAN AZE National Team
2 BARDIANI CSF ITALY ITA ProTeam
3 BURGOS-BURPELLET-BH SPAIN ESP ProTeam
4 SOLUTION TECH VINI FANTINI ITALY ITA ProTeam
5 UNIBET ROSE ROCKETS FRANCE FRA ProTeam
6 EQUIPO KERN PHARMA SPAIN ESP ProTeam
7 REMBE / RAD – NET GERMANY GER Continental Team
8 Muğla B.B. Continental Cycling Team TÜRKIYE TUR Continental Team
9 UNIVERSE CYCLING TEAM NETHERLANDS NED Continental Team
10 SPOR TOTO CYCLING TEAM TÜRKIYE TUR Continental Team
11 QUICK PRO TEAM ESTONIA EST Continental Team
UCI – Asia Tour
12 XDS ASTANA TEAM KAZAKHSTAN KAZ WorldTeam
13 ASC MONSTERS INDONESIA INDONESIA INA Continental Team
14 TERENGGANU CYCLING TEAM MALAYSIA MYS Continental Team
15 OU7 Cycling Team UZBEKISTAN UZB Continental Team
16 VICTORIA SPORTS PRO CYCLING PHILIPPINE PHI Continental Team
17 ROOJAI INSURANCE THAILAND THA Continental Team
UCI – America Tour
18 TEAM NOVO NORDISK DEVELOPMENT USA USA ProTeam
19 MODERN ADVENTURE PRO CYCLING TEAM USA USA ProTeam
20 TEAM MEDELLIN COLOMBIA COL Continental Team
UCI – Oceania Tour
21 EUROCYCLINGTRIPS – CCN GUAM GUM Continental Team
UCI – Africa Tour
22 SIDI ALI – UNLOCK TEAM MOROCCO MAR Continental Team
23 MADAR PRO CYCLING TEAM ALGERIA MPT Continental Team

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026